2 uşağın başını kəsib öldürdülər - Azərbaycanda ŞOK OLAY - YENİLƏNİB

21-06-2015, 15:25           
2 uşağın başını kəsib öldürdülər - Azərbaycanda ŞOK OLAY - YENİLƏNİB
Gəncədə dəhşətli qətl hadisəsi baş verib.

Jam.Az azvision.az-a istinadən xəbər verir ki, Gəncənin "beş yol” adlanan ərazisində yaşayış evində biri 1, digəri 3 yaşlı olmaqla iki uşağın baş kəsilmiş halda meyiti aşkar edilib.

Hadisə bir neçə saat bundan öncə baş verib. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub. Əraziyə kənar şəxslərin daxil olmasına icazə verilmir.

Hadisənin kim və hansı səbəbdən törədilməsi ilə bağlı araşdırma aparılır.

***

Gəncədə dəhşətli qətl hadisəsinin bəzi təfərrufatı bəlli olub. Gəncə şəhər Polis İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə zamanı ailənin 4 nəfər üzvü də evdə olub.

Axşam saatlarında iki maskalı şəxs evə daxil olaraq 1 və 3 yaşlı uşaqların başını kəsiblər. Cinəyatkarlar evdən heç nə götürməyərək evi tərk ediblər. Hazırda hadisə yerində polis işləyir.

Yerli sakinlərin bildirdiyinə görə isə ailə radikal dini təriqətin üzvü olub.

Xatırladaq ki, Gəncənin "beş yol” adlanan ərazisində yaşayış evində biri 1, digəri 3 yaşlı olmaqla iki uşağın baş kəsilmiş halda meyiti aşkar edilib. Hadisə bir neçə saat bundan öncə baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru