Arzu Səmədbəylinin anası son mənzilə yola salındı - FOTO

21-06-2015, 21:40           

Müsavat Partiyasının sabiq Məclis sədri, keçmiş deputat Arzu Səmədbəylinin anası Nabat xanım bu gün torpağa tapşırılıb.

Musavat.com-un verdiyi məlumata görə, dəfndə Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, partiya başqanının müavini Elman Fəttah, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu və digər partiya funksiyanerləri iştirak ediblər.


Bundan başqa dəfndə AXP sədri Pənah Hüseyn, "El” hərəkatının sədr müavini Köçəri Nağıbəyli, Xalq Partiyasının sədri Qiyas Sadıqbəyli və digər ictimai-siyasi xadimlər də iştirak ediblər.

Nurəddin Xoca və teref.aznun kollektivi adından Səmədbəylilər ailəsinə baş sağlığı veririk!!














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.