Nazim İbrahimovun qaynını asıblar? YENİ DETALLAR - YENİLƏNİB
21-06-2015, 21:56
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynı Məzahir Cəfərov intihar edib.
Hafta.az-ın yeni əldə etdiyi məlumata görə, Məzahir Cəfərov yaşadığı evin blokunda asılı vəziyyətdə tapılıb. Həmin gün mərhumun ailəsi Qəbələ rayonunda olub. Meyidin blokda tapılması faktına görə ehtimal olunur ki, Cəfərov özünü asmayıb. Onu asıblar.
Mənbə bildirir ki, M.Cəfərov Nazim İbrahimovun qardaşı Tahir İbrahimov və imişlili İlham adli biri ilə şərik işləyib. Son zamanlar isə aralarında ciddi münaqişələr yaranıbmış.
13:34
Mənbənin verdiyi məlumata görə, o, özünü asıb. Hadisə ilə bağlı daha detallı məlumatın bir azdan olacağını qeyd edirlər.
Mənbə bildirir ki, intihar edən şəxsin Məzahir Cəfərov olduğu bildirilir. O, dünən paytaxtın Həsən Əliyev küçəsində yerləşən mənzilində asılmış halda tapılıb.
Məlumata görə, “Sahil D” MTK-nın direktoru vəzifəsində çalışan M. Cəfərov həm də Nazim İbrahimovun qardaşı Sahib İbrahimovun tikinti işlərinə nəzarət edirmiş.
12:20
Xəbəri dəqiqləşdirmək üçün N.İbrahimovun özü ilə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz alınmadı. Güc strukturlarından Hafta.az-a bildirildi ki, bu gün belə bir məlumat əldə etməyiblər.
Xəbəri dəqiqləşdirməyə davam edirik. Qarşı tərəfin də fikirlərini verməyə hazırıq.