Azərbaycanlı prodüsserin adı qız qaçırmada hallandı

22-06-2015, 12:28           
Azərbaycanlı prodüsserin adı qız qaçırmada hallandı
Müğənni Niyam Səlaminin prodüsserinin həbsi xəbəri yayılıb. ANS PRESS-ə prodüsser Eldəniz İsrafilovun saxlanılması barədə məlumat daxil olub. Məlumata görə, E.İsrafilovun barəsində Sumqayıt şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsinə şikayət daxil olub.. Şikayətdə Eldəniz İsrafilovun borclu olduğu və adam qaçırmada günahkar olduğu deyilir.

Məlumata görə, Eldənizin köməyi ilə Bakıdan Sumqayıta gələn gənc xanım müğənni maşından qaçırılıb.

Sumqayıt şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsilndə işi araşdıran baş təhqiqatçı, polis mayoru Rafiq Quliyev ANS PRESS-ə açıqlamasında Eldəniz İsrafilov barəsində şikayət daxil olması faktını təsdiqləyib. Lakin onun sözlərinə görə, hələlik heç kim saxlanılmayıb.

"Eldəniz İsrafilov barəsində vətəndaş şikayət edib. O, şikayətində bildirib ki, Eldəniz İsrafilov ona pul borcludur. O, şikayətində qız qaçıma barədə də yazıb. Lakin bunlar hələlik şikayətdir. Bu barədə tam açıqlama vermək istəmirəm. Şikayətlə əlaqədar Eldəniz İsrafilov 4-cü bölməyə dəvət olunub. Hələlik o, gəlməyib. Ondan izahat alınacaq və iş araşdırılacaq", - deyə Rafiq Quliyev bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.