Braziliya prezidenti ölkə çempionatının matçına buraxılmadı - VİDEO\FOTO

12-10-2021, 07:39           
Braziliya prezidenti ölkə çempionatının matçına buraxılmadı - VİDEOFOTO
Braziliya prezidenti Jair Bolsonaro ölkə çempionatının 25-ci turunun “Santos” – “Qremio” matçına (1:0) buraxılmayıb. Buna səbəb kimi onun koronavirusa qarşı peyvənd vurdurmaması göstərilib.

“Santos”un oyununu izləmək istəyirdim, amma mənə peyvənd edilməli olduğumu söylədilər. Nə üçün? Peyvənd edilənlərdən daha çox anticismim var”, - deyə Bolsonaro narazılıqla bildirib.

Yeri gəlmişkən, oyun 1:0 hesabı ilə “Santos”un xeyrinə bitib. Beləliklə “Santos” 26 xalla 16-cı yerdə qərarlaşıb. “Qremio” isə 23 xalla 19-cu yerdədir.

Qeyd edək ki, ötən ay BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka yollanan Bolsonaru eyni səbəbdən restorana buraxılmamışdı.

Mənbə: “Globo”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru