Viktor Osimhen onu transfer etmək istəyən klublardan 12 milyon avro maaş tələb edir

19-02-2025, 16:24           
Viktor Osimhen onu transfer etmək istəyən klublardan 12 milyon avro maaş tələb edir
"Qalatasaray" klubunun təcrübəli hücumçusu Viktor Osimhen mövsüm sonunda 12 milyon avroluq maaş təklifi edəcək komandalarla danışıqlara başlayacaq.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, Viktor Osimheni yay transfer pəncərəsində heyətinə qatmaq istəyən klublar sərbəst qalma məbləğindən - 75 milyon avrodan əlavə, futbolçuya da illik 12 milyon avroluq maaş təklifi etməli olacaqlar.

Qeyd edək ki, Viktor Osimhen müqavilə ilə İtaliyanın "Napoli" klubuna məxsusdur.

O, "Qalatasaray" forması ilə çıxdığı 24 oyunda 19 qol, beş məhsuldar ötürmə ilə yadda qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru