Beynəlxalq Olimpiya Komitəsindən şok qərar –İki olimpiadaçımızın nəticəsi ləğv edildi

18-11-2016, 09:55           
Beynəlxalq Olimpiya Komitəsindən şok qərar –İki olimpiadaçımızın nəticəsi ləğv edildi
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Pekin-2008 Yay Olimpiya Oyunlarında dopinq istifadə etdikləri üçün 16 idmançının nəticələrini ləğv edib.

Onların arasında iki azərbaycanlı atlet də var.

Ağır atlet Nizami Paşayev və yunan-Roma güləşçisi Vitali Rəhimovun qanlarında qadağan olunmuş turinabol maddəsinə rast gəlinib. BOK-un qərarına əsasən, hər iki idmançının dopinq testlərinin ikinci variantı da müsbət nəticə verdiyi üçün göstəriciləri keçərli sayılmayıb.

94 kq çəki dərəcəsində yarışan Paşayev Çinin paytaxtında 5-ci yeri tutmuşdu. Vitali isə 60 kq çəki dərəcəsində gümüş medal qazanmışdı. O həm medalı, həm də diplomunu təhvil verməlidir.

Qeyd edək ki, hər iki idmançı artıq karyeralarını başa vurublar.

APA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.