"Fənərbaxça" ilk dəfə Avropa Liqasının qalibi olub 22-05-2017, 07:43 Türkiyənin "Fənərbaxça" klubu basketbol üzrə Avropa liqasının qalibi olub. APA-nın məlumatına görə, İstanbulda baş tutan final matçında Türkiyə klubu Yunanıstanın “Olimpiakos” klubunu məğlub edib – 80:64. Beləliklə, "Fənərbaxça" tarixində ilk dəfə Avropa Liqasının qalibi olub. 3-cü yer uğrunda mübarizədə Moskvanın MOİK klubu Madrid “Real”ını üstələyib. Facebook-da paylaş