Futbol üzrə İspaniya çempionatının qalibi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, son turda bütün diqqətlər Malaqa və Barselonaya yönəlib. Belə ki, bu şəhərlərdə keçiriləcək “Malaqa” - “Real” və “Barselona” - “Eybar” oyunlarında çempionluğun taleyi həll edilib.
Madrid təmsilçisi səfərdə qalib gələrək, "Barselona"nın 4:2 hesablı qalibiyyətinə baxmayaraq, mövsümü çempion kimi başa vurub. Qeyd edək ki, “kral klubu” son dəfə 5 il əvvəl La Liqanın çempionu olmuşdu.
İspaniya La Liqası XXXVIII tur “Barselona” – “Eybar” - 4:2 Qollar: Yunka, 63 (öz qapısına), Suarez, 73, Messi, 76 (pen.), 90+2 - İnui, 7, 61