Bu gün futbol üzrə Avropa Liqasının qalibi müəyyənləşəcək

24-05-2017, 09:11           
Bu gün futbol üzrə Avropa Liqasının qalibi müəyyənləşəcək
Bu gün futbol üzrə Avropa Liqasının qalibi müəyyənləşəcək. "Report"un məlumatına görə, İsveçin paytaxtı Stokholmdakı "Friends Arena"da keçiriləcək final matçında İngiltərənin "Mançester Yunayted" və Hollandiyanın "Ayaks" komandaları üz-üzə gələcək.
Amsterdam təmsilçisi son 21 ildə ilk dəfə avrokubokların həlledici oyununa çıxacaq. Ümumilikdə isə iki komanda finallarda üst-üstə 16 dəfə iştirak edib. "Ayaks" 7 dəfə kuboka yiyələnibsə, "Mançester Yunayted"də bu göstərici 4 olub. "Qırmızı şeytanlar" bu dəfə qalib gəlsələr, ilk dəfə Avroliqanın baş mükafatını qazanacaqlar. Eyni zamanda bu komanda bütün 3 Avropa kubokuna - Çempionlar Kuboku (hazırkı Çempionlar Liqası), UEFA Kuboku (Avropa Liqası) və hazırda mövcud olmayan Kuboklar Kubokuna yiyələnən 5-ci komanda sayılacaqlar. Əvvəllər bu, 4 kluba nəsib olub ki, onlardan biri də "Ayaks"dır.
Qeyd edək ki, bugünkü oyun Mançesterdə törədilmiş terror aktı qurbanlarının xatirəsinin anımı məqsədilə 1 dəqiqəlik sükutla başlanacaq.
Avropa Liqası
Final
22:45. "Ayaks" (Hollandiya) - "Mançester Yunayted" (İngiltərə)
Baş hakim: Damir Skomina (Sloveniya)
Stokholm, "Friends Arena"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.