Avropa Liqasının kuboku Mançesterə getdi 25-05-2017, 08:10 Qitənin ikinci dərəcəli klub turniri olan Avropa Liqasının finalı keçirilib. APA-nın məlumatına görə, həlledici qarşılaşmada Stokholmda “Ayaks” və “Mançester Yunayted” qarşılaşıb. Görüş Joze Mourinyonun yetirmələrinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, ilk dəfə Avropa Liqasının qalibi olan “Mançester Yunayted” növbəti mövsümdə Çempionlar Liqasında çıxış etmək hüququ qazanıb. Avropa LiqasıFinal “Ayaks” (Hollandiya) – “Mançester Yunayted” (İngiltərə) - 0:2Qollar: Poqba, 18, Mxitaryan, 48[media=https://www.youtube.com/watch?v=6C7gZSZ03e4] Facebook-da paylaş