Edin Ceko Avropa Liqası-2016/17-nin ən yaxşı bombardiri olub
25-05-2017, 08:30
"Roma" klubunun (İtaliya) hücumçusu Edin Ceko və "Zenit"in (Rusiya) yarımmüdafiəçisi Juliano Avropa Liqası – 2016/17-nin ən yaxşı bombardirləri olub. "Report" xəbər verir ki, hər iki futbolçu turnirin əsas mərhələsində 8 qol vurub, lakin Ceko 524 dəqiqə, Juliano isə 710 dəqiqə meydanda olub. Üçüncü yeri aktivində 7 qol olan "Atletik"in forvardı Arits Aduris tutub. Hesabında 6 qol olan "Lion"un hücumçusu Aleksandr Lyakazett və "Ayaks"ın hücumçusu Kasper Dolberq növbəti sıralarda qərarlaşıb.