"İnter"in baş məşqçisi: "Cəfəng qollar buraxdıq"

21-07-2017, 08:49           
"İnter"in baş məşqçisi: "Cəfəng qollar buraxdıq"
"Təəssüf ki, azarkeşləri sevindirə bilmədik. Növbəti mərhələyə keçmək şansımız var idi, lakin alınmadı".
"Report"un məlumatına görə, bunu Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze Lüksemburqda "Fola Eş"ə 1:4 hesabı ilə uduzduqları Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra deyib.
Gürcüstanlı mütəxəssis bəxtsizlikdən şikayətlənib:
"Paradoksal haldır ki, burada Bakıda oynadığımızdan daha yaxşı oynadıq. Yaxşı anlardan istifadə etməyi bacarmadıq. Sadəcə, cəfəng qollar buraxdıq. Bu futboldur, demək olar ki, həmişə bəxt gətirmir. Amma bəxtə layiq olmaq da lazımdır".
Bakıdakı görüşdə "İnter" 1:0 hesabı ilə qalib gəlməsinə baxmayaraq, cavab qarşılaşmasında böyük hesabla yenildiyi üçün mübarizəni dayandırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.