"Panatinaikos"un baş məşqçisi: "Təəssüf ki, "Qəbələ"yə cəmi bir qol vurduq

28-07-2017, 08:59           
"Panatinaikos"un baş məşqçisi: "Təəssüf ki, "Qəbələ"yə cəmi bir qol vurduq
"Nəticə bizim üçün daha yaxşı ola bilərdi. Amma istənilən halda qələbə qazandıq. Müəyyən problemlərə baxmayaraq, oyuna hazırlıqlı olduğumuzu göstərdik. Bəzi bölümlərdə elə də yaxşı təsir bağışlamadıq. Lakin oyuna nəzarət etdik, rəqibdən daha yaxşı çıxış etdik və daha çox qol vurmağa qadir olduğumuzu göstərdik".
"Report"un məlumatına görə, bunu Yunanıstan "Panatinaikos"unun baş məşqçisi Marinos Uzunidis "Qəbələ"ni Afinada 1:0 hesabı ilə yendikləri Avropa Liqasının III təsnifat mərhələsinin ilk görüşündən sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis çoxlu qol imkanlarını əldən vermələrinə təəssüfləndiyini bildirib: "Yaxşı müdafiəyə malik olmaqla yanaşı, bu qədər şansı əldən vermək olmaz. Çoxlu qol imkanı yaratdıq. Amma təəssüf ki, cəmi bir qol vurduq. Hər oyunda bu qədər qol vəziyyətini əldən vermək elə də asan deyil".
Uzunidis cavab görüşündə ehtiyatlı olmalarının vacibliyini dilə gətirib: "Rəqib sürətli oyun sərgiləyən komandadır. Bu gün onlar oyunlarını müdafiədən qurmuşdular. İstəyirdilər ki, 7 oyunçu ilə hücuma atılsınlar. Amma biz buna hazır idik. Cavab görüşündə ehtiyatlı və daha yaxşı olmalıyıq ki, mərhələ keçə bilək. Hazırlıq üçün qarşıda bir həftəmiz var".
Qeyd edək ki, avqustun 3-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Panatinaikos" matçı saat 21:00-da başlanacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.