Bu gün "Qarabağ" Çempionlar Liqasında "Olimpiya" ilə cavab görüşünə çıxacaq

18-07-2018, 07:52           
Bu gün "Qarabağ" Çempionlar Liqasında "Olimpiya" ilə cavab görüşünə çıxacaq
Bu gün "Qarabağ" komandası futbol üzrə Çempionlar Liqasında Sloveniya "Olimpiya"sı ilə I təsnifat mərhələsinin cavab matçına çıxacaq.

"Report"un məlumatına görə, Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşü israilli baş hakim Erez Papir idarə edəcək.

Bir həftə əvvəl Lyublyanada oynanılmış qarşılaşmada "Qarabağ" 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 79-cu dəqiqədə Donald Gerrye vurub. Bakıdakı qarşılaşmada Azərbaycan təmsilçisinə istənilən hesablı heç-heçə də kifayət edəcək.

Komandalar meydana itkilərlə çıxacaq. "Qarabağ"dan yarımmüdafiəçi Qara Qarayev, "Olimpiya"dan isə qanalı hücumçu Abass İssa ilk oyunda qırmızı vərəqə aldıqları üçün forma geyinməyəcəklər. Əvəzində qonaq komandanın kapitanı Branko İliç zədəsini sağaldıb və o, 20 futbolçudan ibarət heyətlə Bakıya gəlib.

Bu cütün qalibi Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın "Kukesi" komandası ilə qarşılaşacaq. "Kukesi" Malta "Valletta"sını səfər qolu sayəsində (0:0, 1:1) üstələyib. Məğlub tərəf isə Avropa Liqasının II təsnifat mərhələsinin Çempionlar Yolunda "Kruzaders" (Şimali İrlandiya) klubuna rəqib olacaq. "Kruzaders" Bolqarıstan "Ludoqorets"inə səfərdə 0:7, evdə 0:2 hesabı ilə uduzub.

Çempionlar Liqası, I təsnifat mərhələsi

Cavab oyunu

21:00. "Qarabağ" (Azərbaycan) - "Olimpiya" (Lyublyana, Sloveniya)

Hakimlər: Erez Papir, David Elias Biton, Eliyahu Kasapu, David Fuksman (hamısı İsrail)

Tofiq Bəhramov adına Respublika Stadionu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru