Bakı metrosunda QORXULU ANLAR: qatar tüstüləndi, sərnişinlər...

29-11-2018, 18:38           
Bakı metrosunda QORXULU ANLAR: qatar tüstüləndi, sərnişinlər...
Bu gün 17:23 radələrində “Nəsimi” stansiyasında qatarda tüstüləmə baş verib. Sərnişinlər vaqonlardan boşaldılıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Publika.az-a verdiyi məlumata görə, qatarın əyləc sistemində baş verən nasazlıq səbəbindən ətrafa xüsusi qoxu yayılıb:

“Əyləc kolotkasında tutulub, ona görə cüzi tüstü yarana bilər. Bu zaman ətrafa xüsusi qoxu yayılıb. Hadisənin baş vermə səbəbinin araşdırılması üçün sərnişinlər boşaldılıb və qatar depoya göndərilib. Xəttə əlavə qatar buraxılıb”.

B.Məmmədovun sözlərinə görə, hazırda metroda qatarların qrafik üzrə hərəkəti bərpa edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru