Erməni vəzifədən çıxarıldı, yerinə azərbaycanlı seçildi

3-12-2018, 09:28           
Erməni vəzifədən çıxarıldı, yerinə azərbaycanlı seçildi
Ukrayna Kikboksinq Federasiyasının Çernovtsı şəhərində keçirilən növbəti konfransında qurumun vitse prezident vəzifəsinə seçkilər olub.

Report-un məlumatına görə, konfransda Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) sədr müavini Elşad Rafiq oğlu İbrahimov təyinat alıb. Konfrans ərəfəsində Çernovtsıda ümumölkə kikboksinq yarışı da keçirilib.

Bu vəzifədə buna qədər erməni mənşəli şəxs olub. O, bir müddət əvvəl tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, uzun müddətdir Ukraynada yaşayan və bu ölkənin vətəndaşı olan E. İbrahimov biznes, idman və ictimai həyatda fəaldır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru