Ermənistanın Baş prokuroru deputatı həbs etmək üçün parlamentə müraciət edib

3-12-2018, 12:24           
Ermənistanın Baş prokuroru deputatı həbs etmək üçün parlamentə müraciət edib
Ermənistanın Baş prokuroru Artur Davtyan deputat Aram Arutyuntanın həbsi haqqında vəsadətlə parlamentə müraciət edib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu məlumatı ölkə Baş Prokurorluğunun mətbuat xidməti yayıb.

Bildirilib ki, Aram Arutyuntanın 2015-ci il sentyabrın 11-də xüxusi ilə böyük məbləğdə rüşvət almaqda və çirkli pulların yuyulmasında ittiham olunur. Həmin dövrdə o, ekologoya nazir işləyib. Sünik, Geqarkunik, Lori və Kotaykda 10 əlvan metal yatağının istismar olunmasına lisenziya vermək üçün 14 milon dollar rüşvət alıb. O, rüşvət yolu ilə əldə etdiyi pulları xaricdə yuyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru