“Elektron xidmət növlərinin Siyahısı”na əlavə edilib

4-12-2018, 06:07           
“Elektron xidmət növlərinin Siyahısı”na əlavə edilib
Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”na yeni bənd əlavə edilib.

"Report"un məlumatına görə, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı elektron hərracların keçirilməsi “Elektron xidmət növlərinin Siyahısı”na əlavə olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.