Meksikanın Halisko ştatında silahlı cinayətkarlar polis əməkdaşlarına hücum edib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə ştatın baş prokurorluğu məlumat yayıb. Bildirilir ki, hadisə La-Uerta bələdiyyəsi ərazisində baş verib. Hücum zamanı 6 polis əməkdaşı öldürülüb, həmçinin daha 1 polis yaralanıb. Faktla bağlı təhqiqat aparılır. Ərazidə cinayətkarların axtarışı həyata keçirilir.