Azərbaycanlı biznesmen meşənin içində daha bir villa aldı
28-02-2016, 19:40
Türkiyəli müğənni Ebru Gündeş və azərbaycanlı iş adamı Reza Zarrab İstanbul Kəmərburqazda yeni villa alıblar.
Meşə içərisində yerləşən evin qiyməti 2,5 milyon dollaradır. Cütlük yeni evin təmirinə 1,5 milyon (800 min manat), dekorasiyasına isə 1 milyon lirə (530 min manat) xərcləyib. Villanın özəlliyi onun taxtadan olmasıdır.
Reza həftənin 7 günü bu evdə qalır. Ebru isə qızı Melissa ilə Kandilidəki villasında yaşayır. Müğənni həftə sonu istirahətini qızı ilə birlikdə həyat yoldaşının yanında keçirir. Reza Kandilidəki villasını 2 il bundan əvvəl 25 milyon dollara almışdı.(lent.az)