İŞİD liderinin arvadı qaçdı

29-02-2016, 01:21           

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının lideri Əbubəkir əl Bağdadinin arvadlarından biri qaçıb.

Alman Diana Krüger İraqın şimalındakı Naynava vilayətindəki malikanəni axşam saatlarında tərk edib. O, iki xidmətçisi ilə birlikdə qaçıb.
Hirsindən çılğına dönmüş əl Bağdadinin arvadının axtarışlarına İŞİD-in "komandos" dəstəsini yolladığı deyilir. Terrorçular D.Krügeri xidmətçiləri ilə birlikdə ələ keçirməlidir. İŞİD lideri ilə Diana Krügerin toyu ötən ilin oktyabrın 8-də İraqın Naynava şəhərində, məxfi şəkildə keçirilmişdi.

Toydan 5 gün sonra Diana Krüger İŞİD-in "qadınlar üzrə Şəriət məhkəməsinin baş hakimi" təyin olunmuşdu. (milli.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.