Maşın oğruları azərbaycanlı deyil, ermənilərdir - Azərbaycan nota verəcək

7-03-2016, 23:42           
Maşın oğruları azərbaycanlı deyil, ermənilərdir - Azərbaycan nota verəcək
Kievdə azərbaycanlı dəstədən ibarət maşın oğrularının saxlanılması ilə bağlı xəbər yayılıb.

Vertikal.az haqqin.az-a istinadən xəbər verir ki, bu barədə Milli polis rəhbəri Xatiya Dekanoidze facebook hesabında məlumat verib.

Onun sözlərinə görə, keçirilən kompleks əməliyyat tədbirləri nəticəsində 4 Azərbaycan vətəndaşı saxlanılıb. Onlar minimum səkkiz nəqliyyat vasitəsi oğurluğunda iştirakçıdırlar.

Ukrayna Azərbaycandakı səfirliyindən “Qafqazinfo”ya bildirilib ki, adı çəkilən hadisə iştirakçılarının azərbaycanlı olması yanlış məlumatdır:

“Əksinə həmin şəxslər ermənilərdir. Bu, Ukraynada yaşayan azərbaycanlılara qarşı təhqirdir. Artıq səfirlik yanlış informasiyaya görə, rəsmi şəkildə Ukrayna Xarici İşlər Nazirliyinə nota təqdim etməyə hazırlaşır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.