55 yaşlı kişidən külli miqdarda marixuana götürüldü

10-03-2016, 09:47           
55 yaşlı kişidən külli miqdarda marixuana götürüldü
Bu gecə Bakıda polis narkotik maddələrin dövriyyəsinə qarşı əməliyyat keçirib.

APA-nın məlumatına görə, 55 yaşlı kişi külli miqdarda müxtəlif narkotik maddələri 10 min manata satmaq istəyərkən saxlanılıb.

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə bir nəfərin narkotik maddə satmaq istəməsi barədə məlumat daxil olub. Dərhal əməliyyat qrupu hadisə yerinə yollanıb.

Ərazi mühasirəyə alındıqdan sonra Astara sakini 55 yaşlı Heydər Məmmədov saxlanılıb. Onun üzərinə baxış keçirən polis əməkdaşları 2,5 kiloqramdan çox tiryək və 5 kibrit qutusu qurudulmuş marixuana aşkar edib. Dindirmə zamanı Heydər Məmmədov narkotik maddəni “8-ci kilometr bazarı” yaxınlığında Seymur adlı həmyerlisindən aldığını bildirib.

Polis əməkdaşları Heydər Məmmədovun Nizami rayonu ərazisində kirayədə qaldığı evə də baxış keçiriblər. Evdə müxtəlif yerlərdə gizlədilmiş ümumi çəkisi 15 kiloqrama yaxın marixuana aşkar edilərək, götürülüb. Araşdırma zamanı məlum olub ki, Heydər Məmmədov külli miqdarda narkorik maddəni 10 min manata satmaq niyyətində imiş.

Heydər Məmmədovun üzərində və kiraydə qaldığı mənzildə aşkarlanan markotik maddələr ekspertizaya göndərilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru