Ana Vətən Partiyası Salyan rayon təşkilatının növbəti konfransı - FOTOLAR

10-03-2016, 12:28           
Ana Vətən Partiyası Salyan rayon təşkilatının növbəti konfransı - FOTOLAR
teref.az - Konfransın işində partiya Mərkəzi Aparatının rəhbəri Elçin Ağamalı və Təşkilat Şöbəsinin müdiri, Mərkəzi Şura üzvü Azər Quluzadə iştirak etmişdir. İclasda təşkilat komitəsinin hesabatı dinlənilmiş və təşkilati məsələlərə baxılmışdır. Ilk olaraq sədr müavini Elçin Ağamalı çıxış edərək regionda və Azərbaycanda gedən ictimai-siyasi proseslər barədə konfrans nümayəndələrinə məlumat vermişdir.

teref.az - xəbər verir ki, o, eyni zamanda AVP-nin fəaliyyəti, apardığı siyasət və partiyadakı təşkilatı işlərə də toxunmuşdur. İkinci məsələ kimi təşkilatı məsələlərə baxılmış, rayon təşkilatının sədri, sədr müavini, rayon qadınlar şurasının sədri, rayon gənclər təşkilatının sədri, rayon məclisinin üzvləri, rayon şurası və nəzarət təftiş komissiyasının üzvləri seçilmişdir. Zərbəliyev Şahin Pilağa oğlu AVP Salyan rayon təşkilatının yeni sədri seçilmişdir. Konfransın sonunda partiyaya yeni qoşulmuş anavətənçilərə üzvülük vəsiqələri təqdim edilmişdir.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru