Toyuna az qalmış gənc həlak oldu - Lənkəranda FOTO

25-03-2016, 22:39           
Toyuna az qalmış gənc həlak oldu - Lənkəranda FOTO
Lənkəranda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

teref.az anspress-ə istinadən bildirir ki, hadisə Lənkəran-Lerik yolunun 2-ci km-də, Darquba kəndi ərazisində qeydə alınıb.

Lənkəran şəhər sakini 23 yaşlı Nəriman Məmmədli idarə etdiyi Vaz 21015 markalı avtomaşınla hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı iri gövdəli ağaclara çırpılıb. Nəticədə ağır bədən xəsarətləri alan sürücü hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə şahidlərinin sözlərinə görə, yüksək sürətlə idarə olunan avtomaşın qarşısında hərəkət edən Vaz 2107-ni ötmək istəyəndə düzgün manevr edə bilmədiyindən əsas yoldan çıxıb .

Sürücünün meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Dünyasını dəyişən Nəriman Məmmədlinin yaxın günlərdə toyunun olacağı bildirilir. Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.