DİN Lənkəranda baş verən hadisəyə münasibət bildirib

26-03-2016, 23:08           
DİN Lənkəranda baş verən hadisəyə münasibət bildirib
Daxili İşlər Nazirliyi (DİN) bu gün Lənkəran sakinlərinin etiraz aksiyası keçirmələri barədə yayılan məlumatlara münasibət bildirib.

DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavab olaraq bildirib ki, bu gün Lənkəran şəhərində saat 15:00 radələrində 25-30 nəfər razılaşdırılmamış aksiya keçirməyə cəhd edib.

“Lakin Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları bu qanunsuz cəhdin qarşısını dərhal alıblar. Onların aksiya keçirməyə cəhd göstərməsinin səbəbi həmin əraziyə yeni işıqforun quraşdırılması tələbi olub. Polis əməkdaşlarının sakinlərlə apardığı izahedici söhbətdən sonra onlar dağılışıblar. Bununla belə, şəhər sakinlərinin yeni işıqforun quraşdırılması ilə bağlı müraciətləri araşdırılır və araşdırmanın nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək”, - deyə o vurğulayıb.

E. Zahidov həmçinin qeyd edib ki, bəzi kütləvi informasiya vasitələrində aksiyada 200 nəfərin iştirak etməsi ilə bağlı yaydığı məlumatlar həqiqətə uyğun deyil: “Çünki yalnız 25-30 nəfər sakin aksiyaya cəhd edib. Baş verən hadisə ilə bağlı saxlanılan yoxdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru