Bakıda zəncirvari qəza baş verdi: Xəsarət alan var - FOTO

9-04-2022, 09:03           
Bakıda zəncirvari qəza baş verdi: Xəsarət alan var - FOTO
Bakının Nərimanov rayonu ərazisində yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Metronun 20 yanvar stansiyası istiqamətində hərəkətdə olan “Toyota” markalı avtomobilin sürücüsü qəfil əyləcdən istifadə edib. Bu zaman eyni istiqamətdə hərəkətdə olan “Mercedes” markalı nəqliyyat vasitəsinin sürücüsü sükana nəzarəti itirərək dayanan maşına çırpılıb. Daha sonra eyni istiqamətdə olan “VAZ-2107” markalı avtomobil “Mercedes”ə çırpılıb. Qəza nəticəsində “Mercedes”də olan bir nəfər xəsarət alıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.