"Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 176 uşaq ölüb" - Baş Prokurorluq

9-04-2022, 10:36           
"Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 176 uşaq ölüb" - Baş Prokurorluq
“Rusiyanın silahlı təcavüzü nəticəsində Ukraynada 176 uşaq ölüb, 324 uşaq isə yaralanıb”.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları nəticəsində 500-dən çox uşaq xəsarət

Qeyd olunub ki, aprelin 8-də Donetskin Kramatorsk dəmir yolu vağzalına raket hücumu nəticəsində 5 uşaq ölüb, 15-i yaralanıb.

Baş Prokurorluqdan vurğulanıb ki, uşaqlar daha çox Donetsk (102 nəfər), Kiyev (91), Xarkov (76), Çerniqov (50), Nikolayev (40), Luqansk (35), Zaporojye (35), Xerson (29) vilayətlərində, Kiyev (16), Sumı (16), Jitomir (15) şəhərlərində xəsarət alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru