Düşmənin növbəti hədəfi Ağcabədi oldu...

28-04-2016, 18:50           
Düşmənin növbəti hədəfi Ağcabədi oldu...
Ötən gecə ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində Ağcabədi rayonuna 100-dək mərmi düşüb.

Bunu Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov deyib.

Mərmilərdən 50-nin Qaraxanlı kəndi ərazisinə düşdüyünü açıqlayan İH başçısı 35 həyətyanı sahəyə mərmi düşməsi nəticəsində 19 evin yararsız hala düşdüyünü deyib.

Həmin evlərdən biri tamamilə yanıb.

Ş.Məmmədov bildirib ki, Ermənistan silahlı qüvvələri mülki əhalini hədəfə alıb.(apa)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru