“28 aprel 1920 ildə Azərbaycan Demokratik Respublikasının süqutu və ya işğalı??” tədbirinin iştirakçıların Azərbaycan xalqına müraciəti

28-04-2016, 20:14           

“28 aprel 1920 ildə Azərbaycan Demokratik Respublikasının süqutu
və ya işğalı??” tədbirinin iştirakçıların Azərbaycan xalqına
müraciəti
Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2015-ci ildə elan etdiyi Qrant müsabiqəsində qaliblərdən biri də Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin layihəsinin 28 aprel 2016-cı il tarixində tədbiri keçirilmişdir tədbir iştirakçılarının müraciəti..
Əziz Həmvətənlərimiz “28 aprel 1920 ildə Azərbaycan Demokratik Respublikasının süqutu və ya işğalı??” bu günə qədər araşdılımamış məsələlərimizdən biridir..
Şərqin ilk Demokratik Dövləti olan, 23 aylıq fəaliyyət göstərmiş, Azərbaycan Demokratik Respublikası 1920-ci il aprel ayının 28 də XXI qırmızı ordunun işğalı nəticəsində süquta uğadıldı. Azərbaycan həm quru qoşunları ilə həm də dəniz vasitəsi ilə Rusiya ordusu tərəfindən mühasirəyə alınaraq işğal edildi. Bu tarixi hadisələrin təkrar oluna biləcəyi bu gün daha real görünür. Azərbaycan xaqının yaddaşının təmizlənməsi və təkrar oluna biləcək tarix hadisələrin qarşısının alınmasına ziyalılarımızın səfərbər edilməsi çox vacibdir. Varisi olduğumuz Azərbaycan Demokratik Respublikasının işğal edilməsi haqda çox tutarlı materiallar olduğuna baxmayaraq bu məsələ bu günə qədər müzakirə edilməmiş və 23 aylıq fəaliyyəti olan bir dövlətçilik tariximiz sanki unudulmaqdadır. O zamankı ziyalılarımızın taleyi, dövlət rəhbərlərimizin sürgün edilməsi, vətəndən uzaqda ağır günlər yaşamaları unuduılmaz bir həqiqətdir. 28 aprel işğalından sonra başlanan 1937-39 cu illərin represiyası, 1948-52 və sonrakı tarixlərdə Azərbaycan türklərinin öz qədim yurdlarından, Qərbi Azərbaycandan və Qarabağdan sürgün edilməsi faktları həmin işğalın məntiqi nətcəsidir. Bir əsrdə Azərbaycan xalqının əlifbası 4 dəfə dəyişilmişdir. Bu daha ağır bir represiyadır. Bütün bunlara baxmayarq bizim ölkəmizdə çoxsaylı elm adamları var. Demək ki, bizim xalqımız dəyanətli və qüdrətlidir.
Bu gün artıq 25 ildir yenidən qurduğumuz, bərpa etdiyimiz Azərbaycan Respublikasının taleyi yenədə Qarabağ məsələsi ilə təhlükə qarşısında qoyulub. Heç kimə sirr olmayan bu günkü hadisələrin baş verməsi, Rusiyanınn Ermənistanla birləşərək işğal etdiyi Azərbaycanın ayrılmaz hissəsi olan qədim Qarabağımızın azad edilməsinə Rusiya yenədə əngəllər törədir. Yalançı danışıqlar masası və uzun müddətli atəşkəs rejimi adl ilə Qarabağın faktiki işağlda saxlanması üçün Status kvonun dəyişdirlməməsinə Rusiya əngəli mövcuddur. Bu Azərbaycan üçün həm çox ciddi dövləti təhlükə, xalğımız üçün təhqir, milli valığmız üçün ölümə bərabərdir.
Biz hesab edirik ki, Azərbaycan ziyalıları, gənclərimiz və QHT nümayədnləri ictamiyyətlə əl-ələ verib Azərbaycan Dövlətçiliyinin qorunması üçün birləşərək müstəqilliyimizi təhdid edən hər bir dövlətə, millətə qarşı dami mübarizə aparmalıyıq BU BİZİM ALIN YAZIMIZDIR!!!

28 aprel 2016-ci il Bakı şəhəri
Teref.-info
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.