Azərbaycanda nazirliyin şöbə müdiri beynəlxalq tədbir zamanı vəfat edib

28-04-2016, 20:55           
Azərbaycanda nazirliyin şöbə müdiri beynəlxalq tədbir zamanı vəfat edib
Mədəniyyət və Turizm Nazirliynin Qax rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəfat edib.
“Report” xəbər verir ki, Nəzir Osman oğlu Omarov Şəki şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasının rəsmi açılış mərasimində iştirak edərkən qəflətən vəziyyəti pisləşib. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
1955-ci il təvvəllüdlü, 61 yaşlı şöbə müdirinin ürək tutmasından vəfat etdiyi ehtimal olunur.
Qeyd edək ki, N.Omarov 1993-cü ildən Qax rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsində çalışır. Mərhumun iki oğlu, bir qızı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru