Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,11 dollar yaxud 0,24% ucuzlaşaraq 45,92 dollar/barel təşkil edib. “Report”un məlumatına görə, “Brent” markalı neft isə 0,44 dollar və ya 0,92% azalaraq 47,33 dollar/barelə bərabər olub. Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 52 dollar/barel olacağı gözlənilir.