"Coca-Cola" şirkətinin əməkdaşı həbs olundu - İŞİD-lə əlaqədə şübhəli bilinir

26-05-2015, 16:30           
"Coca-Cola" şirkətinin əməkdaşı həbs olundu - İŞİD-lə əlaqədə şübhəli bilinir
"Coca-Cola" şirkətinin Banqladeşdəki nümayəndəliyinin IT şöbəsinin rəhbəri “İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə əlaqədə şübhəli bilindiyi üçün saxlanılıb.

SalamNews-un BBC-yə istinadla verdiyi xəbərə görə, bu barədə yerli polis məlumat verib.

Şirkət əməkdaşının İŞİD-in Banqladeşdəki yuvasına rəhbərlik etdiyi bildirilir. Onunla birlikdə məktəb müəllimi işləyən daha bir şübhəli şəxs saxlanılıb.

"Coca-Cola"nın yerli şöbəsi saxlanılan şəxsin Şirkət əməkdaşı olduğunu təsdiqləyib.

Şirkət işin araşdırılması ilə bağlı istənilən zəruri yardımı göstərməyə söz verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru