Hoteldə yanğın baş verib, 6 nəfər ölüb

23-08-2024, 00:14           
Hoteldə yanğın baş verib, 6 nəfər ölüb
Cənubi Koreyanın Puçxon şəhərində hoteldə baş verən yanğın nəticəsində ən azı 6 nəfər ölüb, 11 nəfər yaralanıb.
TEREF report-a istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

“Yanğın doqquz mərtəbəli binanın səkkizinci mərtəbəsində baş verib, alov bütün binaya yayılmayıb, lakin səlahiyyətlilər tüstüdən ölənlərin sayının artacağından ehtiyat ediblər”, - məlumatda bildirilib.

Yanğının söndürülməsinə 150 ​​yanğınsöndürən və 46 ədəd xüsusi texnika cəlb olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru