Uşaqlar dondurmanı niyə sevir?

23-08-2024, 09:08           
Uşaqlar dondurmanı niyə sevir?
Dondurma sevməyən uşaq çətin tapılsın. Bəs bu desertin belə sevilməsinin xüsusi səbəbi varmı?Foodinfo.az xəbər verir ki, bu barədə dondurma məhsullarının tədqiqi və hazırlanması şöbəsinin meneceri Yuliya Stepoçkina danışıb.Onun sözlərinə görə, qaymaq və süd kimi təbii inqrediyentlərdən hazırlanan dondurmanın tərkibində triptofan olur:"Bu maddə əhval-ruhiyyəni qaldırır və sinir sistemini sakitləşdirir. Digər səbəb isə uşaqların hissiyyat sisteminin dadları böyüklərə nisbətən daha qabarıq qəbul etməsidir, ona görə də şirniyyatdan aldıqları təəssürat onların yaddaşında uzun müddət qalır". Ekspert onu da qeyd edib ki, desert ailə üzvlərini bir masada topladığı üçün uşaqlara mənəvi olaraq gözəl təsir edir:“Dondurma sənayesində sırf ailə axşamları üçün nəzərdə tutulan çeşidlər çoxdur. Məsələn, briketlər və iri qablaşmalarda olan dondurma bütün ailəyə bəs edə bilər. "Dondurma saataları"nı xoş ənənəyə çevirməklə ailədəki hüzuru artıra bilərsiniz”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru