Qəhvə ilə qəbizliyə son qoyun

26-08-2024, 13:04           
Qəhvə ilə qəbizliyə son qoyun
Qəhvə tərkibindəki kofein sayəsində həzm sistemini stimullaşdıraraq qəbizliyin aradan qaldırılmasına kömək edir. Foodinfo.az xəbər verir ki, kofein bağırsaq hərəkətlərini artırır və bədəndəki maddələr mübadiləsini sürətləndirir. Səhər içilən qəhvə bağırsaqların işləməsini sürətləndirdiyi üçün qəbizlik problemi yaşayan insanlar üçün rahatlaşdırıcı təsir göstərə bilər.Bununla belə, qəhvənin çox istehlakı bədəndə maye itkisinə səbəb ola bilər, bu da əksinə qəbizliyi daha da artırar. Buna görə qəhvədən faydalı şəkildə istifadə etmək üçün gün ərzində kifayət qədər su içmək vacibdir. Kofeinsiz qəhvənin də bənzər təsirləri olduğu göstərilib, bu da qəhvənin tərkibindəki digər birləşmələrin də həzm sisteminə təsir etdiyini göstərir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.