Fransada saxlanılan Pavel Durov 12 cinayət əməlində ittiham olunur (Yeniləndi)

27-08-2024, 09:18           
Fransada saxlanılan Pavel Durov 12 cinayət əməlində ittiham olunur (Yeniləndi)
Pavel Durov 12 cinayət törətməkdə ittiham olunur.

APA xəbər verir ki, bu haqda Paris prokurorluğundan bildirilib.

Məlumatda həmçinin ona qarşı cinayət işinin iyulun 8-də açıldığı açıqlanıb.

***

“Telegram”ın yardıcısı Pavel Durovun Fransada uzadılmış həbs müddəti avqustun 28-də başa çatır.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Paris prokurorluğu məlumat yayıb.

“Onun həbsdə saxlama müddəti avqustun 25-də istintaq tərəfindən uzadılıb və mütəşəkkil cinayətlərlə bağlı tətbiq edilən prosedur nəzərə alınmaqla, 96 saata qədər (yəni avqustun 28-dək) davam edə bilər”, - deyə prokurorluğun məlumatında qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru