Lerikdən villa məsələsinə təkzib gəldi

27-05-2015, 21:48           
Lerikdən villa məsələsinə təkzib gəldi
Arzu Vəliməmmədova: «Rövşən Bağırovun «Dostluq» parkında villasının olması barədə yayılan məlumat yalandır»

Artıq bir neçə gündür dövlət başçısı İlham Əliyevin məlum müşavirədə villalarla bağlı dediyi fikirlər geniş araşdırma mövzusuna çevrilib. Ötən günlərdə isə ölkə mətbuatında hansı məmurun Səbayel rayonu ərazisində yerləşən «Dostluq» parkında villası ilə bağlı məlumatlar yayılıb. Olanlar arasında Lerikin İcra Hakimiyyəti başçısı Rövşən Bağırovun da adı çəkilib.

JAM.AZ-a açıqlama verən Lerik İcra Hakimiyyəti başçısının müavini və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova bildirib ki, yayılmış məlumatlar həqiqəti əks etdirmir. «Bu məlumatlar tamamilə əsassızdır. Rövşən Bağırovun «Dostluq» parkında nə villası var, nə də nə vaxtsa olub. Belə məlumatlar sensasiya xatirinə yayılır və heç bir əsası yoxdur».












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru