Saxlanılan generalın oğlu hərbi texnikaları satırmış

30-08-2024, 00:12           
Saxlanılan generalın oğlu hərbi texnikaları satırmış
Rusiya müdafiə nazirinin keçmiş müavini, “Patriot Park”dakı korrupsiya işi üzrə saxlanılan general Pavel Popovun oğlu 2018-ci ildən 2020-ci ilə kimi internetdə hərbi texnika və geyimlərin satışı ilə məşğul olub.

"32gun.az" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

43 yaşlı Roman hərbi forma, ayaqqabı, bel çantaları, "Ops-Core" dəbilqələri, müxtəlif texnikalar və s. satışı işi ilə məşğul imiş.

Bildirilir ki, generalın oğlu qazandığı pulla Ximkidə təxminən 35 milyon rubl (651 min AZN) dəyərində 110 metrlik mənzil alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru