Almaniyada qadın avtobusdakı insanlara hücum etdi - Yaralılar var

31-08-2024, 16:14           
Almaniyada qadın avtobusdakı insanlara hücum etdi - Yaralılar var
Almaniyanın qərbində yerləşən Zigen şəhərində (Şimali Reyn-Vestfaliya) qadının avtobusda bıçaqla hücumu nəticəsində ən azı beş nəfər yaralanıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat verib.

Qeyd olunur ki, hadisə saat 19:40 (Bakı vaxtı ilə 21:40 - red.) radələrində baş verib. Üç nəfərin vəziyyəti ağırdır. Polisin məlumatına görə, avtobus Zigen şəhərində keçirilən şəhər festivalına gedirmiş. Cinayət zamanı avtobusda ən azı 40 sərnişin olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları bunun terror aktı olduğunu hesab etmirlər.

Çoxlu sayda polis əməkdaşı hadisə yerindədir. Qadın saxlanılıb. Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, başqa təhlükə yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru