Ukrayna Rusiyanı vurdu: Ölənlər var

1-09-2024, 10:44           
Ukrayna Rusiyanı vurdu:
Ukrayna və Rusiya arasında qarşılıqlı hücumlar davam edir. Ukrayna növbəti dəfə Rusiyanın sərhəd bölgəsi olan Belqorodu hədəfə alıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov açıqlamasında deyib.

O bildirib ki, dünən axşam saatlarında həyata keçirilən hava zərbələri nəticəsində biri qadın olmaqla 5 nəfərin hadisə yerində ölüb, 6-sı uşaq olmaqla 37 mülki vətəndaşın yaralanıb.

Həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verən Qladkov 3-ü uşaq olmaqla 10 yaralının vəziyyətinin ağır olduğunu bildirib. Hücum nəticəsində binaların zərər gördüyünü, ən azı 20 avtomobilin də zərər gördüyünü bildirən Qladkov əraziyə gedərək səlahiyyətlilərdən məlumat alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru