Zaqatalada dəhşətli qəza: Çox sayda xəsarət alan var

1-09-2024, 09:28           
Zaqatalada dəhşətli qəza: Çox sayda xəsarət alan var
Zaqatalada dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, avqustun 31-də saat 20 radələrində Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində "Mercedes" və "BMW" markalı iki avtomobil toqquşub.

Hadisə nəticəsində "Mercedes"də olan sərnişin, 1964-cü il təvəllüdlü S.Abbasova sınıq xəsarəti alıb, xəstəxanaya müraciət edən digər beş nəfərə isə tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru