"Ford" 90 mindən çox avtomobilində nasazlıq aşkarladı

1-09-2024, 17:14           
"Ford" 90 mindən çox avtomobilində nasazlıq aşkarladı
"Ford" şirkəti ABŞ-də 90 736 avtomobili nəqliyyat vasitəsinin istifadəsi zamanı mühərrikin sıradan çıxması riskinə görə geri çağıracaq.

Oxu.Az xəbər verir ki, bu barədə "US.News" portalı Amerika Milli Yollarda Hərəkətin Təhlükəsizliyi İdarəsinə (NHTSA) istinadən məlumat yayıb.

NHTSA-nın məlumatına görə, geriçağırma 2,7 və ya 3,0 litr həcmli "Nano EcoBoost" mühərriki ilə təchiz edilmiş 2021-2022-ci illərin istehsalı olan bəzi "Bronco", "F-150", "Edge", "Explorer", "Lincoln Nautilus" və "Lincoln Aviator" avtomobillərinə aid olacaq.

Tənzimləyicidən bildirilib ki, problemin aradan qaldırılması üzrə tədbirlər çərçivəsində dilerlər mühərrikin tsikl sınağını həyata keçirəcək və ehtiyac yaranacağı təqdirdə mühərriki pulsuz dəyişdirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru