Kişi timsahla “döyüşərək” həyatını xilas edib

29-11-2024, 12:07           
Kişi timsahla “döyüşərək” həyatını xilas edib
Avstraliya sakini ona hücum edən timsahla mübarizə aparıb.
Bu barədə ABC News yazır.Kimberli ştatının Dampier yarımadasındakı Ardialun aborigen icmasından olan kişi balıq ovuna çıxıb. O, Dampier yaxınlığındakı kiçik adalardan birinin sahillərində suda olarkən ona yaxınlaşan böyük bir timsahı görüb. Yırtıcı ona hücum edəndə kişi onun üzünə vurub. Timsah bir anlıq oriyentasiyasını itirərək adamın qaçmasına şərait yaradıb.Qərbi Avstraliya Səhiyyə Xidmətinin sözçüsü, kişinin Broome Xəstəxanasında müalicə olunduğunu və artıq evə buraxıldığını söyləyib. Avstraliyalı öz cəsarəti sayəsində həyatını xilas edə bilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru