Samux rayonunda zəlzələ olub. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 03:15-də, Gəncədən 18 km şimal-şərqdə, Samux rayonu ərazisində, 3,6 maqnitudada qeydə alınıb. Zəlzələnin episentri 12 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.