Bakıda 29 yaşlı gənci ürəyindən bıçaqladılar

15-08-2018, 10:30           
Bakıda 29 yaşlı gənci ürəyindən bıçaqladılar
Hadisə Nizami rayonu, Naxçıvanski küçəsi 80-nin qarşısnda qeydə alınıb.
“Ölkə.Az”ın məlumatına görə, gecə saatlarında naməlum şəxs 1989-cu il təvəllüdlü Rauf Məhəbbət oğlu Qəribova döş qəfəsindən daxilə nüfuz edən bıçaq xəsarəti yetirib və ərazidən uzaqlaşıb. Yaralı təcili olaraq “AzərSuTikinti” xəstəxanasına gətirlisə də, gəncin həyatını xilas etmək mümkün olmayıb.
Faktla əlaqədar Nizami rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1 ( qəsdən adam öldürmə) maddəsiylə cinayət işi başlanıb. 24-cü Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşlarından yaradılmış əməliyyat-istintaq qrupu hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru