İnstaqram sosial şəbəkəsinə girişdə bir sıra problemlər yaranıb. Teref.az xəbər verir ki, ABŞ, Avropa, eləcə də Asiya ölkələrində sosial şəbəkəyə giriş mümkünsüz olub. Belə ki, İnstaqram istifadəçiləri bununla bağlı digər sosial şəbəkələrdə şikayətlərini bildiriblər. Qeyd edək ki, İnstaqramda tez-tez bu kimi problemlərin yaşandığı müşahidə olunur.