Paşinyana görə Moskvadan Yerevana xüsusi briqada gəldi

7-01-2021, 16:21           
Paşinyana görə Moskvadan Yerevana xüsusi briqada gəldi
Ermənistanın yüksək vəzifəli dövlət məmurlarının koronavirusa yoluxub-yoluxmadığını yoxlamaq üçün Moskvadan Yerevana həkimləri daşıyan xüsusi təyyarə uçub.

Yenisabah.az xəbər verir ki, Moskvada vacib danışıqlarda iştirak edəcək Ermənistanın dövlət məmurlarının qanından koronavirusla bağlı nümunələr götürüləcək.

Həmin görüşdə Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirak edəcəyi gözlənilir. Rusiyadan gələn həkimlər onu da müayinə edəcək.

Görüşdə Naxçıvan dəhlizi ilə bağlı məsələnin də müzakirə olunacağı gözlənilir. Görüşə Azərbaycandan da nümayəndə heyətinin getməsi nəzərdə tutulub. (Report)

Qeyd edək ki, N.Paşinyan yanvarın 5-dən COVID-19-la bağlı özünütəcrid rejiminə keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru