Havadan “su çıxardılar”

8-10-2021, 07:19           
Havadan “su çıxardılar”
Birləşmiş Ştatların paytaxtı Vaşinqtonda yerləşən “Tsunami Products” şirkəti havadakı nəmi parçalayan və suya çevirən cihaz istehsal edib.

“Sözcü” xəbər verir ki, kondisioner kimi işləyən cihazın havanı sərinlətmək üçün rulonlarından istifadə olunub və nəticədə bir kamerada su damlaları toplanıb.

Şirkətin dizayn mühəndisi Ted Bovman bildirib ki, onların şüarı “havadan gələn su sehr deyil, elmdir” cümləsidir:

“Əslində, bu, maşınlarla etdiyimiz şeydir. Evlər, ofislər və fermalarda istifadə üçün hazırlanan maşınlar havanı nəmləndirir və içməli su yaradır”.

Texnologiyanın dumanlı bölgələrdə xüsusilə yaxşı işlədiyini ifadə edən Bovman cihazın ölçüsündən asılı olaraq gündə 900-8600 litr arasında su istehsal edə biləcəyini söyləyib. Mühəndisin fikrincə, maşınlar yüksək rütubətə malik istənilən ərazidə səmərəli işləyir.

Havadakı rütubəti suya çevirən aparatın qiyməti 30-200 min dollar arasında dəyişir. Artıq susuzluqdan əziyyət çəkən Kaliforniya sakinləri içməli suya tələbatlarını ödəmək üçün cihaza elçi düşüblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru